Vətəndaş fərdi şəkildə qəbul edilib
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda həmişə ön planda tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu amili ön plana çəkərək fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir.
İcra başçısı bu gün də şəhər sakini Əliyeva Elnurə Elnur qızını ərizəsinə əsasən qəbul edib. Ailə üzvlərini avtoqəza zamanı itirdiyini bildirən Elnurə Əliyeva onun qəyyumluq məsələsinə baxılmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş