İcra başçısı gənc müəllimlərlə görüşüb
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində
saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də
şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən
hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və
şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış
olması, qayğıları ilə yaxından maraqlanması bunun əyani sübutudur. Bu gün rayon rəhbərinin Müəllimlərin
İşə Qəbulu (MİQ) üzrə müsabiqədə bal toplayaraq təyinatla rayon məktəblərinə
göndərilən müəllimlərlə görüş keçirməsi də təhsil sahəsinə və müəllimlərə olan
qayğısının əyani sübutudur. Qazax Rayon İcra Hakimiyyətində
keçirilən görüşdə Təhsil şöbəsinin əməkdaşları, Bakı şəhərindən, Oğuz, Beyləqan,
Tovuz, Ağstafa, eləcə də Qazax rayonundan olan gənc müəllimlər iştirak
edib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə gənc
müəllimləri, eləcə də bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün
özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla
maraqlanım. Çünki rəhbər təyin olunduğum ilk gündən təhsil sahəsinə və müəllimlərə
xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir. Dövlət və dövlət başçısı tərəfindən
təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz
xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində ümummilli
liderin bu sаhəyə diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı
Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam
etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin
inkişafına böyük önəm verdiyini bildirib. Rayon rəhbəri ulu öndərin "Təhsil millətin gələcəyidir” kəlamını fəaliyyətləri
dövründə müəllimlər üçün şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə
də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli
müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların
parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim
kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. İstər müəllimlərin hazırlıq səviyyəsinin, istərsə də şagirdlərin dərsə
davamiyyətinin yoxlanılması məqsədilə artıq 2 ildir ki, işçi qrupunun
yaradıldığını bildirən icra başçısı hər bir müəllimə göstərdiyi əməyinə, bilik
və bacarığına görə hər zaman yüksək qiymət verildiyini vurğulayıb və bundan
sonra da bu cür olacağını qeyd edib. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından dərin
minnətdarlığını bildirib. Tovuz rayonundan olan və rayonun Çaylı kənd 2 saylı tam orta məktəbində
müəllim kimi fəaliyyətə başlayan Elnar Allahverdiyev çıxış edərək gənc müəllimlərə
verdiyi dəyərə görə həmkarları adından təşəkkürünü çatdırıb. Qeyd edib ki, bugünkü görüş bir daha
onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər
bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində bu görüş
biz gənc müəllimlər üçün ən böyük stimul oldu. Biz də çalışacağıq ki, dövlətimizin
bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda gənc müəllimləri Bilik Günü münasibətilə bir daha təbrik
edərək müstəqil Azərbaycanın çiçəklənməsi və təhsilin inkişafı naminə yeni-yeni
nailiyyətlər arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş