• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı tələbələr üçün yaradılan şəraitlə tanış olub

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun əyani sübutudur.

Bu gün isə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Sosial-İqtisadi Kollecində yeni dərs ilinin başlanması ilə əlaqədar müəllim və tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Binanın hər 2 mərtəbəsini gəzərək vəziyyətlə yerində tanış olan rayon rəhbəri istər müəllimlərin rahat şəkildə dərs keçmələri, istərsə də tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şəraitin yaradılması barədə bəzi tapşırıq və tövsiyələrini verib.

Kollecin direktoru Elşad Quliyev mütəmadi olaraq təhsil müəssisəsinə baş çəkdiyinə və onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Sonra icra başçısı kollecə qəbul olmuş və qeydiyyata düşmək üçün gələn tələbə və onların valideynləri ilə görüşüb.

Səmimi söhbət əsasında keçən görüşdə valideynlər respublikamızda, eləcə də bütün bölgələrimizdə təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar. Respublika Prezidenti İlham Əliyevin təhsilin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü işləri yüksək qiymətləndirən valideynlər bu sahənin daim diqqət mərkəzində olduğunu qeyd ediblər. Övladlarının kollecdə şəffaf şəkildə təhsil aldıqlarını bildirən valideynlər yaradılan bu nizam-intizama görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.







GOYEZEN.AZ

 



Facebook-da paylaş