İcra başçısı uşaq evində olan körpələrin bayramını təbrik edib
Fəaliyyətə başladığı ilk gündən körpə balalara olan sevgisi, qayğısı ilə insanların qəlbində özünə əbədi yer qazanmış Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan diqqəti hər kəsə yaxşı məlumdur. Rayon rəhbərinin uşaqlara olan diqqət və qayğısını istər təhsil, istərsə də digər sahələrdə aydın şəkildə görmək olar.
Hər görüşündə, hər çıxışında “Qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunsun və bağçalarda hər cür şərait yaradılsın. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər” - söyləyən icra başçısının bu sahədə gördüyü işlər göz qabağındadır.
Hər işində körpə fidanları düşünən rayon rəhbərinin hər il bayram günlərində uşaqları yad etməsi, onların qayğıları ilə maraqlanması da bir ənənə halını alıb.
Rayon rəhbərinin 21 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi 84 ünvanında yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində olması, Qazaxdan olan Vəlizadə Fatimə Yalçın qızına, eləcə də onun kimi yüzlərlə uşağa diqqət və qayğı göstərməsi, Qurban bayramı münasibətilə təbrik etməsi körpələrə olan sonsuz sevginin daha bir bariz nümunəsidir.

GOYEZEN.AZ
Facebook-da paylaş