2 nömrəli məktəbdə işlər sürətlə davam etdirilir
Xəbər verdiyimiz kimi, artıq 3 aydır ki, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə başlanılıb. Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə aparılan əsaslı təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün ilk gündən səylə çalışırlar.
Tikinti başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə yaxından tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tikintinin sürətlə aparılması üçün hər cür dəstək verməsi, tikintini aparan şirkət nümayəndələrinə xüsusi qayğı ilə yanaşması rayon rəhbərinin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Rayon rəhbəri bu gün də şəhər 2 nömrəli tam orta məktəbə gələrək təmir işləri ilə tanış olub.
İş icraçısı Pərviz Qafarov rayon rəhbərinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq aparılan əsaslı tikinti işləri sürətlə davam etdirilir. Qısa zaman kəsiyində məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib. Söküntü bitən hissələrə suvaq vurulur ki, binanın xarici fasadında, idman zalı və klubda bu iş yekunlaşıbdır.
Əsas binanın bir hissəsində, idman zalı və köməkçi hissələrin dam örtüyü tamamilə vurulub. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi də başa çatıb.
İş icraçısı bildirib ki, A korpusunda dam örtüyü başa çatıb, 1-ci və 2-ci mərtəbədə alçiban işi gedir. Pəncərələr qoyulub və kənarlarına aqlay vurulması başa çatıb. Bundan əlavə, 1-ci mərtəbənin divarlarında üzlük vurulması işi tam yekunlaşıb. 2-ci mərtəbədə isə bu iş 80% yerinə yetirilib.
B korpusunda isə dam örtüyünün vurulması 50% görülüb. İkinci və üçüncü mərtəbədə daxili suvaq vurulması və beton döşəmənin hamarlanması tam başa çatıb. İstilik sistemi quraşdırılaraq test edilib. Üçüncü mərtəbədə boyaq işləri qismən görülüb.
Birinci mərtəbədə taxta döşəmənin, köhnə pəncərələrin sökülməsi, divarlardakı suvaq qatının çapılaraq tökülməsi 80% yerinə yetirilib. Pəncərələrin quraşdırılması və kənarlarına aqlay vurulması işi 70% həyata keçirilib.
C korpusunda isə söküntü işləri davam edir.
Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarları tam hazırdır. Xarici izolyasiya işləri yekunlaşıb, daxildə isə bu iş davam edir.
İcra Başçısı tikinti işləri ilə ətraflı tanışlıqdan sonra işlərin daha da sürətləndirilməsini tapşırıb.

GOYEZEN.AZ
Facebook-da paylaş