2 nömrəli məktəbdə xeyli iş görülüb
Qazax rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində məktəb tikintisinə də böyük önəm verilir, hər il yeni tədris ocaqları tikilir, yaxud da əsaslı şəkildə yenidən qurulur. Artıq ənənə halını almış məktəb təmiri bu il də davam etdirilir.
2 aydan çoxdur ki, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə də əsaslı tikinti işlərinə başlanılıb. Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə aparılan əsaslı təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün ilk gündən səylə çalışırlar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir aparılan ilk gündən mütəmadi olaraq məktəbin tikintisi ilə yaxından maraqlanır.
Bu gün də rayon rəhbəri şəhər 2 nömrəli tam orta məktəbə gələrək təmir işləri ilə tanış olub.
İş icraçısı Pərviz Qafarov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq aparılan əsaslı tikinti işləri sürətlə davam etdirilir. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib, Söküntü bitən hissələrə suvaq vurulur ki, binanın xarici fasadında, idman zalı və klubda bu iş yekunlaşıbdır.
Əsas binanın bir hissəsində, idman zalı və köməkçi hissələrin dam örtüyü tamamilə vurulub. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi də başa çatıb.
A və B korpuslarında hər üç mərtəbədə beton döşəmə tökülməsi və hamarlanması davam edir. Daxili suvaq tam başa çatıb. B korpusunda isə bu iş davam edir. 1-ci mərtəbədə boyaq işlərinə başlanılıb. Həmçinin istilik xətlərinin çəkilməsi işi 80% yerinə yetirilib. Sanitar qovşaqlarında montaj işləri aparılır.
C korpusunda isə çürümüş taxta döşəmənin və divarların çapılaraq sökülməsi işləri davam edir.
İş icraçısı bildirib ki, A korpusunda dam örtüyündə gücləndirici dəmir beton monolit kəmər tamamlanıb, B korpusunda bir hissəsi görülüb. C korpusunda isə hazırlıq işlərinə başlanılıb.
Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarları tam hazırdır. Xarici izolyasiya işləri yekunlaşıb, daxildə isə bu iş davam edir.

GOYEZEN.AZ
Facebook-da paylaş