• Təqvim

  • Unutma

  • Maraq

2 nömrəli məktəbdə işlərin xeyli hissəsi görülüb

2 nömrəli məktəbdə işlərin xeyli hissəsi görülüb
Qazax rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində digər sahələrlə yanaşı məktəb tikintisinə də böyük önəm verilir, mütəmadi olaraq yeni tədris ocaqları tikilir, yaxud da əsaslı şəkildə yenidən qurulur. Həmin ənənə bu il də davam etdirilir.

2 aydan çoxdur ki, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə başlanılıb. Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə aparılan əsaslı təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün ilk gündən səylə çalışırlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə şəhər 2 nömrəli tam orta məktəbə gələrək təmir işləri ilə tanış olub.

İş icraçısı Pərviz Qafarov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib, Söküntü bitən hissələrə suvaq vurulur ki, idman zalı və klubda bu iş yekunlaşıbdır.

Əsas binanın da bir hissəsində dam örtüyü sökülüb, idman və akt zalının dam örtüyündə isə taxta konstruksiya yığılıb, hazırda metal lövhənin yığılmasına başlanılıb. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi davam edir.

Əsas binanın bir hissəsində, idman və akt zalında plastik pəncərələrin qoyulması işləri də sürətlə aparılır.

İş icraçısı bildirib ki, bu işlərlə yanaşı olaraq istilik sisteminin və su xətlərinin çəkilməsi işləri də həyata keçirilir. Əsas binanın 1-ci mərtəbəsində, idman və akt zalında beton tökülərək hamarlanıb.

Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarlarında bünövrə hissəsinə beton qatı tökülüb. Hazırda anbarlarda və qazanxana binasının divar və örtüyünün tavanında dəmir-qəlib işləri aparılır.

Təmir işləri ilə ətraflı tanış olduqdan sonra İcra Başçısı məktəbin müəllim kollektivi ilə görüşüb. Müəllimlərlə səmimi söhbət əsasında keçirilən görüşdə Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsindəki həyata keçirdiyi genişmiqyaslı layihələrdən, görülən işlərdən söhbət açılıb.

Məktəbin direktoru Murğuz Mustafayev rəhbərlik etdiyi məktəbdə həyata keçirilən əsaslı tikinti işlərinin də bu tədbirlərin bir hissəsi olduğunu bildirib. Daha sonra təmir işləri ilə əlaqədar olaraq dərslərin iki növbəli şəkildə keçirilməsi barədə məlumat verib. Təmir aparılmasına baxmayaraq şagirdlərin dərsə davamiyyətinin həmişə olduğu kimi yüksək səviyyədə olduğunu qeyd edib. Məhz bu davamiyyətin nəticəsidir ki, hələ ilkin imtahanda 3 nəfər şagirdin 600-dən yüksək bal topladığını bildirib.

Sonra məktəbin kimya müəllimi Nazilə Abbasova, rus dili müəllimləri Təranə Yusifova, Aidə Həbibova, ingilis dili müəllimi Elgülnarə Əmiraslanova rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə və müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Məktəbdə aparılan əsaslı tikinti işlərini bu qayğının təzahürü kimi qiymətləndiriblər.

GOYEZEN.AZ

Facebook-da paylaş