• Təqvim

  • Maraq

İcra başçısı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası çərçivəsində Qazax rayonunda səfərdə olan nümayəndələrlə görüşüb

Ölkə Prezidenti İlham Əlievin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” və bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi su itkilərinin qarşısını almaq, içməli və suvarma suyu ilə dayanıqlı təminatı yaratmaqdır.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Respublika Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilmişdir. Milli Strategiyanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 oktyabr tarixli 544s nömrəli Sərəncamının 2.3-cü bəndində əsas icraçı orqanlar (qurumlar) tərəfindən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı müvafiq məlumatların, monitorinq və qiymətləndirmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün rübdə bir dəfə növbəti ayın 15-dək, ilin yekunları barədə məlumatların isə hər il yanvar ayının 25-dək “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nda yerləşdirilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Milli Strategiyanın həyata keçirilməsi çərçivəsində su ehtiyatlarının davamlı və səmərəli idarə olunması, mövcud infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi, perspektiv su layihələrinin planlaşdırılması, eləcə də monitorinq və qiymətləndirmə hesabatlarının keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə ölkə ərazisində müxtəlif regionlara səfərlərin təşkili, su hövzələrinə, hidrotexniki qurğulara, su təchizatı və meliorasiya infrastrukturlarına yerində baxış keçirilməsi, su sahəsində mövcud vəziyyət, çağırış və imkanların dəyərləndirilməsi məqsədəuyğun hesab olunur.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən bu məqsədlə ölkə ərazisinə səfərlər təşkil olunur. Növbəti səfər iyunun 9-da Qazax rayonuna olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, həmin şöbənin sektor müdiri Arzu Süleymanov,aparıcı məsləhətçi Samir Rəhimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparıcı məsləhətçiləri Murtuzəli Saramanov, İbrahim Nəsibli səfər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüblər.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Asim Osmanov iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov rayon rəhbərini salamlayıb, onlara göstərilən qonaqpəvərliyə və səmimi münasibətə görə minnətdarlığını bildirib. O.Sadıqov “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Respublika Prezidentinin müvafiq Sərəncamının 4-cü hissəsinə əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edildiyini vurğulayıb. Məhz bu səbəbdən Qazax rayonuna səfər etdiklərini, Ağstafaçay, Coğazçay və İncəsu su anbarlarına baxış keçiriəcəklərini, su anbarlarındakı mövcud vəziyyətlə yerində tanış olacaqlarını, monitorinq və qiymətləndirmə aparacaqlarını diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb, məsul işlərində uğurlar arzulayıb. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib. Hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunduğunu bildirib. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizləndiyini vurğlayıb. Rayon rəhbəri əkin sahələrinin suvarılmasında subartezian quyularının əhəmiyyətini vurğulayaraq hazırda rayonda 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu nəzərə çatdırıb.




Facebook-da paylaş


{sape_links}