Qazax RİH-də 2026-cı ilin yanvar ayı üzrə keçirilən ilk fərdi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Yanvarın 12-də keçirilən ilk fərdi qəbulda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ müharibəsi şəhidi Süleymanov Vüqar İdris oğlunun ailəsini qəbul edib. Rayonun Xanlıqlar kəndindən müraciət etmiş şəhid anası Raxmayə Süleymanovanı qızı ilə birgə qəbul edən icra başçısı onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri hər kəsə örnəkdir. Ən önmlisi də odur ki, ölkə başçısının rəhbərliyi altında bu gün müstəqil, suveren Azərbaycanımızda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə əks olunur. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.


Facebook-da paylaş














