Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də 2026-cı ilin yanvar ayı üzrə keçirilən ilk fərdi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də 2026-cı ilin yanvar ayı üzrə keçirilən ilk fərdi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib12-01-2026, 18:11 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Yanvarın 12-də keçirilən ilk fərdi qəbulda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ müharibəsi şəhidi Süleymanov Vüqar İdris oğlunun ailəsini qəbul edib. Rayonun Xanlıqlar kəndindən müraciət etmiş şəhid anası Raxmayə Süleymanovanı qızı ilə birgə qəbul edən icra başçısı onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |