• Təqvim

  • Maraq

Vətəndaş məktubundan: “Cənab Prezident, ölkəmizdə idmanın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram”

Sənan Xəlilovdan,

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Ölkəmizdə idmanın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram. Bu diqqət və qayğının sayəsində Azərbaycan idmançıları ölkəmizi beynəlxalq yarışlarda, mötəbər turnirlərdə uğurla təmsil edir, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilməsi biz Qazax sakinləri üçün böyük sevincdir. Bu qərar gənclərimizin gələcəyə inamını artırır, bölgəmizə yeni nəfəs verir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

17 dekabr 2025-ci il

https://president.az/az/articles/view/70799




Facebook-da paylaş


{sape_links}