Qazaxda icra başçısı idmanın qol güləşi və karate növü üzrə Dünya çempionatında uğur qazanmış idmançılarla görüşüb
31.10-02.11.2025-ci il tarixlərdə Bolqarıstanın Sofiya şəhərində Karate üzrə keçirilmiş Dünya Şotokan Federasiyasının 15-ci dünya çempionatında 1 qızıl medal əldə edilib. Məşqçi müəllim, Birinci Dan Qara kəmər ustası Vüqar Həsənovun yetirməsi 2007-ci il təvəllüdlü Həsənov Elcan Etibar oğlu U21 arasında kata üzrə 1 qızıl medala sahib olub. Dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançılarla görüşərək onları mükafatlandırıb. Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, “Biomen” idman klubunun rəhbəri, məşqçi müəllim,Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisiAzər Əliyev, qalib adını qazanan idmançılar iştirak ediblər. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək qalib idmançıları salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə, xüsusilə də qalib idmançılarla olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev idmançılarla olan bugünkü görüşü rayonda gənclərə olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib. Görüşdə yetirmələri Beynəlxalq idman yarışlarında Azərbaycan Respublikasını layiqincə təmsil edərək yüksək nəticə əldə etdiklərinə görəƏliyev Azər Nurəddin oğlu və Həsənov Vüqar Məmməd oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Görüşün sonunda icra başçısı qalib idmançıları mükafatlandırıb, ünvanlarına bir daha xoş sözlərini, səmimi təbriklərini səsləndirib. Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.
Qürurverici haldır ki, Qazaxlı idmançılar 2025-ci ilin 26-31 oktyabr tarixlərində Bakı şəhərində Qol güləşi üzrə keçirilmiş Dünya çempionatında 3 qızıl, 2 gümüş, 4 bürünc medal olmaqla, cəmi 9 medal qazanıblar. “Biomen” idman klubunun rəhbəri, məşqçi müəllim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyevin yetirmələri 1996-cı il təvəllüdlü Rüstəmov Ramazan Muxtar oğlu Böyüklər arasında 86 kq çəki dərəcəsində 1 qızıl, 1994-cü il təvəllüdlü Vəkilov Qismət Səxavət oğlu Böyüklər arasında 70 kq çəki dərəcəsində 1 qızıl, 1999-cu il təvəllüdlü Qasımzadə Xəyal Hüseyn oğlu Disable (əlillər) arasında 80 kq çəki dərəcəsində 1 qızıl, 1 bürünc, 2011-ci il təvəllüdlü Əliyev Cəmil Şəmil oğlu U15 arasında 63 kq çəki dərəcəsində 1 gümüş, 1 bürünc, 1997-ci il təvəllüdlü Vəkilov Neymət Səxavət oğlu Böyüklər arasında 70 kq çəki dərəcəsində 1 gümüş, 1 bürünc, 1993-cü il təvəllüdlü Mustafayev İsmayıl Arif oğlu Böyüklər arasında 70 kq çəki dərəcəsində 1 bürünc medal qazanıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın bu gün həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların beynəlxalq yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika, qol güləşi, karate idman növlərində də adlarını tarixə yazdıra bildilər. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb.
“Biomen” idman klubunun rəhbəri, məşqçi müəllim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyev çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə və bugünkü görüşə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Yetirmələrinin Qol güləşi idman növündə Beynəlxalq və Respublika yarışlarında əldə etdikləri nəticələrdən söz açan A.Əliyev bütün uğurların kökündə dövlətin, ölkə başçısının idman sahəsinə, idmançılara göstərdiyi qayğının dayandığını söyləyib. O, Qazax Qol güləşi komandasının yüksək nəticələr əldə etdiklərini, Dünya və Avropa çempionatlarında ümumilikdə, 91 medal qazandıqlarını bildirib. Medal sayını 100-ə çatdırmağı qarşıya məqsəd qoyduqlarını vurğulayıb. Natiq onlara göstərilən qayğını, etimadı bundan sonra da hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib. 














Facebook-da paylaş















