Bir qrup qazaxlı müəllimdən
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Qazax Müəllimlər Seminariyasının yenidən qurularaq istifadəyə verilməsi Sizin elmə, təhsilə və müəllim peşəsinə göstərdiyiniz yüksək diqqət və qayğının parlaq nümunəsidir. XX əsrin əvvəllərindən Azərbaycan maarifçiliyinin beşiyi kimi tanınan bu elm ocağının müasir tələblərə uyğun bərpası bölgədə maarifçilik ənənələrinin davam etdirilməsinə, gənclərin milli ruhda yetişməsinə mühüm töhfədir. Qazaxda maarifçilik ənənələri yeni nəfəs qazanmış, gənclər üçün müasir təhsil imkanları yaradılmışdır. Tarixi Seminariya bərpa olunmuş, gənclərin elmə marağı artmışdır. Qazax Müəllimlər Seminariyasının bərpası ilə təkcə Qazaxın deyil, ümumilikdə, Azərbaycanın təhsil və mədəniyyət tarixində dəyərli bir iz qoyuldu. Tarixi abidələrin bərpası, ziyalıların xatirəsinin əbədiləşdirilməsi və maarifçilik ənənələrinin təbliği bu istiqamətdə atılmış əhəmiyyətli addımlardandır. Cənab Prezident! Qazax ziyalıları, rayon ictimaiyyəti adından təhsilin inkişafı, milli dəyərlərin qorunması və regionların tarixi irsinin bərpası istiqamətində apardığınız ardıcıl və məqsədyönlü siyasətə görə Sizə dərin təşəkkürümüzü bildirir, ölkəmizin tərəqqisi və təhsilimizin inkişafı naminə apardığınız ali missiyanızda yeni-yeni uğurlar arzulayırıq. Dərin hörmətlə, Xatın Hüseynxanova – təqaüddə olan “Tərəqqi” medallı Əməkdar müəllim Sədaqət Əmirxanova – təqaüddə olan “Tərəqqi” medallı Əməkdar müəllim Tahirə Xasməmmədova – “Tərəqqi” medallı Əməkdar müəllim Bəsdi Ələkbərova – təqaüddə olan Əməkdar müəllim Şəlalə Məhərrəmova – “Tərəqqi” medallı müəllim Məzahir Qocayev – təqaüddə olan müəllim Azərbaycan respublikası, Qazax şəhəri. 23 sentyabr 2025-ci il
Facebook-da paylaş