• Təqvim

  • Maraq



Qazaxda indiyədək 3 tondan çox barama tədarük olunub


Cənab Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsində mühüm rol oynayır.

Ölkə başçısının respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb. 

Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən bu il 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Artıq xeyli vaxtdır ki, rayonda barama tədarükünə başlanılıb. Rayonun Aslanbəyli, Qaymaqlı, Kəmərli, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpout, Cəfərli, Birinci Şıxlı, Xanlıqlar, Kosalar, Hüseynbəyli, Çaylı, Yuxarı Salahlı kəndlərində barama yetişdirən kümçülər öz zəhmətlərinin bəhrəsini görürlər. Artıq kümçülər indiyədək 3364 kq barama məhsulunu tədarük edərək "Azəripək” MMC-yə təhvil veriblər. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş