Cənab Prezident İlham
Əliyevin 27 noyabr
2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı” Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və
ipəkçiliyin inkişaf etdirilməsində mühüm rol oynayır.
Ölkə başçısının respublikada
baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla
icra olunur. Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər
kiloqram məhsul üçün verdiyi subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb.
Bu il artıq beşinci
ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Alpout, Aşağı Salahlı, Aslanbəyli,
İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli,
Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama
yetişdirən kümçülər tərəfindən bu il 6 ton yaş baramanın
istehsalı nəzərdə tutulub.
Artıq xeyli vaxtdır ki, rayonda barama
tədarükünə başlanılıb. Rayonun Aslanbəyli,
Qaymaqlı, Kəmərli, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpout, Cəfərli,
Birinci Şıxlı, Xanlıqlar, Kosalar, Hüseynbəyli, Çaylı, Yuxarı Salahlı kəndlərində barama yetişdirən kümçülər öz
zəhmətlərinin bəhrəsini görürlər. Artıq kümçülər indiyədək 3364 kq barama məhsulunu tədarük edərək "Azəripək”
MMC-yə təhvil veriblər. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin
baramanı təhvil vermələri üçün hər cür şərait
yaradılıb.
GOYEZEN.AZ
Geri qayıt
|