Qazaxda zəmilərdən bol məhsul götürülür
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxılçılıqla məşğul olan fermerlər taxıl biçininə başlayıblar.
Rayonda cari ilin məhsulu üçün 12 min 629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Sahələrə hər gün 20-25 taxılbiçən kombayn cəlb edilib.
Hazırda qısa vaxt ərzində 3527 hektar arpa sahəsinin 2437 hektarında biçin aparılıb. Zəmilərdən 6108,3 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 25,1 sentnerdir.
Arpa ilə yanaşı, buğda biçininə də başlanılıb. 9102 hektar buğda sahəsinin artıq 61 hektarı biçilib.
Ümumilikdə isə mütəxəssislər bu il rayonda zəmilərdən bol məhsul götürəcəklərini proqnozlaşdırırlar.

GOYEZEN.AZ
Facebook-da paylaş