• Təqvim

  • Maraq



“Sağlam bədəndə, sağlam ruh” devizi altında kros qaçışı və turnikdə çəkinmə üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib


Aprelin 10-da Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun  birgə təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh” devizi altında kros qaçışı və turnikdə çəkinmə üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. 

Yarışda 127 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb.

Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Fiziki Hazırlıq şöbəsinin inspektoru, polis baş leytenantı Xudayar Kərimov çıxış edərək qeyd ediblər ki, yarışın keçirilməsində məqsəd idmanın kütləvililiyini artırmaq, gəncləri Daxili İşlər Orqanlarında xidmətə və təhsilə təşviq etməkdir.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.



Facebook-da paylaş