• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "Heydər Əliyev İli" çərçivəsində oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib


Aprelin 8-də "Heydər Əliyev İli" çərçivəsində Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə qalib adı uğrunda 6 komandadan 54 nəfər idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Canalı kənd tam orta məktəbin komandası 1-ci yeri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin komandası isə 3-cü yeri tutub.

Qalib komandalar və komanda üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.



Facebook-da paylaş