• Təqvim

  • Maraq



"Heydər Əliyev İli" çərçivəsində karate idman növü üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilib


Martın 4-də "Heydər Əliyev İli" çərçivəsində Qazax Olimpiya İdman Kompleksində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate idman növü üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilib. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin və Abu-life İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 67 nəfər idmançı mübarizə aparıb.

Yarışın açılışında Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Sahib Namazov, Abu- life İdman Klubunun direktoru Fərid Məmmədov, Gəncə şəhər 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi-müəllimi, Əməkdar məşqçi Ziya Namazov və yarışın baş hakimi Namiq Həsənov çıxış edərək iştirakçıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olunublar. 



Facebook-da paylaş