• Təqvim

  • Unutma

  • Maraq



5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dama turniri keçirilib


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə dama turniri keçirilib. 

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış Olimpiya sistemi üzrə baş tutub. Turnirdə 16 gənc mübarizə aparıb. 

Bütün görüşlərini qələbə ilə başa vuran Ağamir Məmişov yarışın qalibi olub. Nəsimi Süleymanov II yeri tutub. Nuridə Qasımova isə III pillədə qərarlaşıb. 

Yekunda ilk 3 yeri tutan gənclər müvafiq diplomlarla təltif olunublar.



Facebook-da paylaş