• Təqvim

  • Unutma

  • Maraq



31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib


22-23 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Yarışda ümumilikdə 27 nəfər idmançı iştirak edib. 

Turnirdə qızlar arasında I yeri Bəkirli Sevda Nadir qızı, II yeri Carçılı Şəms İslam qızı, III yeri Mahmudzadə Milay İsmayıl qızı, oğlanlar arasında I yeri Nəsibli Emin Elçin oğlu, II yeri Məhərrəmli Nurlan Zülfüqar oğlu, III yeri Məmmədli Nurlan Elnur oğlu tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.



Facebook-da paylaş