Əsas Səhifə > İdman > 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib


23-12-2022, 21:41


22-23 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Yarışda ümumilikdə 27 nəfər idmançı iştirak edib. 

Turnirdə qızlar arasında I yeri Bəkirli Sevda Nadir qızı, II yeri Carçılı Şəms İslam qızı, III yeri Mahmudzadə Milay İsmayıl qızı, oğlanlar arasında I yeri Nəsibli Emin Elçin oğlu, II yeri Məhərrəmli Nurlan Zülfüqar oğlu, III yeri Məmmədli Nurlan Elnur oğlu tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.


Geri qayıt