• Təqvim

  • Unutma

  • Maraq



"Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon turniri keçirilib


Noyabrın 13-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Abu-life İdman Klubunun birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon turniri keçirilib.

Abu-life İdman Klubunda keçirilən yarışda Qazax və Tovuz rayonlarından 4 komandadan 55 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb. 

Yarışın açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Abu-life İdman Klubunun direktoru Fərid Məmmədov çıxış edərək, bu cür yarışların keçirilməsində məqsədin rayonda cüdo idman növünün inkişaf etdirilməsi, yeniyetmələr arasında sağlam həyat tərzinin təbligi və zərərli vərdişlərin qarşısının alınmasında idmanın rolunun önəmini qeyd etməkdir. Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar. 

GOYEZEN.AZ



Facebook-da paylaş