• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Gününə həsr olunmuş Vətən müharibəsi qaziləri arasında nərd üzrə turnir keçirilib


Noyabrın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Vətən müharibəsi qaziləri arasında nərd üzrə turnir keçirilib. 

Turnir iştirakçıları əvvəlcə şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edərək abidə önünə qərənfillər düzüblər.

Yarışda “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qazi Tağıyev Nicat Akif oğlu I yeri, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş qazi Cəfərov Cəfər Kamandar oğlu II yeri, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Məmmədov Mehman Rafiq oğlu isə III yeri tutublar.

Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə, yarış iştirakçıları isə həvəsləndirici diplomlarla təltif olunublar.


 

GOYEZEN.AZ



Facebook-da paylaş