• Təqvim

  • Maraq



Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib


Oktyabrın 22-də Qazax Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 133 nəfər idmançı mübarizə aparıb. 

Yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin müvafiq Diplomları və medalları ilə təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş