• Təqvim

  • Maraq



18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kross qaçışı üzrə rayon turniri keçirilib


Oktyabrın 12-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kross qaçışı üzrə rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə 34 nəfər iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Mehdiyev Nihad Rəşad oğlu I yeri, Mustafayev Cavad Sərxan oğlu II yeri, Nuriyev Nurlan Səxavət oğlu III yeri tutub. 

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş