• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib


İyulun 23-də Qazax Olimpiya İdman Kompleksində Hüseynbəyli və Canalı kəndlərindən olan Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 2008-2010- cu il təvəllüdlü yeniyetmələr arasında Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.


Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsinin, idarənin nəzdində fəaliyyət göstərən UGİM-nin, Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı, Hüseynbəyli və Canalı kəndlərindən olan Vətən müharibəsi iştirakçılarının təşəbbüsü ilə keçirilən yarışda qalib adı uğrunda 91 nəfər idmançı mübarizə aparıb.

Yarış iştirakçıları əvvəlcə Hüseynbəyli kənd qəbiristanlığında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edərək, gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla yad ediblər. Yarış iştirakçıları daha sonra Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.



Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, Canalı kənd bələdiyyəsinin sədri Babək Şahmalıyev və Qarabağ müharibəsi qazisi Valeh Sadiqi çıxış edərək Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açıblar. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər. Bu cür yarışların keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda idmana olan marağın artırılmasından ibarət olduğunu qeyd ediblər. Yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I,II,III yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.




GOYEZEN.AZ



Facebook-da paylaş