• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib


İyunun 18-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə UGİM-nin birinciliyi keçirilib.

Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin idman zalında 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda qalib adı uğrunda 144 nəfər idmançı mübarizə aparıb.

Yarışdan əvvəl Daş Salahlı kənd Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla anılıb.




Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGiM-nin məşqçi-müəllimləri, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Qarabağ müharibəsi veteranı Fazil İsmayılov, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Müşviq Eyyubov, Qarabağ müharibəsi veteranı Eldəniz Əlvəndov, Qarabağ müharibəsi qazisi Xaliq Həsənov çıxış edərək şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər. Bu cür yarışların keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda idmana olan marağın artırılmasından ibarət olduğunu qeyd edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.



 

Sonra Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirə görə təşkilatçılara razılığını ifadə edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1,2,3 yerləri tutmuş idmançılar  təşkilatçılar tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.









GOYEZEN.AZ



Facebook-da paylaş