Qazaxda sərbəst güləş üzrə Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilib
Martın 4-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 27 fevral - 05 mart "İdman həftəsi” çərçivəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.
Qazax Olimpiya İdman Kompleksində gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qalib adı uğrunda 116 nəfər idmançı qüvvəsini sınayıb.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyətini təbrik ediblər. Ölkədə o cümlədən rayonumuzda idmana və idmançılara göstərilən dövlət qayğısından söz açaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışda I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş