• Təqvim

  • Maraq



Karate üzrə açıq rayon turniri keçirilib


Fevralın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "27 fevral - 5 mart idman həftəsi" çərçivəsində karate üzrə açıq rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə qalib adı uğrunda Qazax, Ağstafa, Göyçay rayonlarından və Gəncə şəhərindən 7 komandadan 100 nəfərə yaxın idmançı mübarizə aparıb.

5 MartBədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
















GOYEZEN.AZ



Facebook-da paylaş