Qazaxda “Pandemiya dövründə idmanın təşkili və inkişafı” mövzusunda onlayn videokonfrans keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Pandemiya dövründə idmanın təşkili və inkişafı” mövzusunda onlayn videokonfrans keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov videokonfransı giriş sözü ilə açaraq Respublika Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları və dəstəyi nəticəsində ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının təsir göstərə biləcəyi sahələrin ciddi nəzarətə götürüldüyünü bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında rayonda hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup yaradıldığını və əhali arasında maarifləndirmə işinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Qazax Olimpiya İdman Kompleksi MMC-nin baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Əliyev, Qazax Rayon Təhsil Şöbəsinin nəzdində UGİŞM-nin tədris hissə müdiri, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şücayət Nağdalıyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin məşqçi-müəllimi, Azərbaycan Respublikasının Əməkdar məşqçi Nizami Qasımov, Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasının Qazax nümayəndəliyinin rəhbəri Anar Daşdəmirov çıxış edərək karantin dövründə evdə qaldıqları müddətdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə idmandan kənar qalmadıqlarını və açıq hava şəraitində idmanla məşğul olduqlarını diqqətə çatdırıblar.
Ümumilikdə 14 nəfərin iştirak etdiyi videokonfransda görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş