• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda YAP-ın yaranmasının 27-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turniri başa çatıb


Qazax Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turniri başa çatıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımilliyi üçün  təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq, 18-21 noyabr tarixlərini əhatə edən turnirdə idarə, müəssisə və təşkilatlardan, eləcə də müstəqil komandalar iştirak edib.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 12 komandadan 120 nəfərə yaxın futbolçu qalib adı uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandası qalib adını qazanıb. II və III yerlərə müvafiq olaraq Birinci Şıxlı və Xanlıqlar kəndlərinin komandaları layiq görülüblər.

Turnirin qalibləri və mükafatçıları YAP Qazax Rayon Təşkilatı tərəfindən kubok, medal  və müvafiq diplomlarla təltif olunublar.

Mükafatları Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynov və "Qazax Olimpiya İdman Kompleksi” MMC-nin bədən tərbiyəsi və idman təlimatçı-metodisti Azər Əliyev təqdim ediblər.








 




















 







GOYEZEN.AZ



Facebook-da paylaş