• Təqvim

  • Maraq



Qazaxda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş cüdo üzrə açıq rayon turniri keçirilib


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən 3 noyabr tarixində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş cüdo üzrə açıq rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda Qazax, Bakı, Sumqayıt, Gəncə, Tovuz, Bərdə, Goranboy, Naftalan, Abşeron şəhər və rayonlarından 182 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışda I, II, III yerləri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və medalları ilə təltif olunublar.






GOYEZEN.AZ             



Facebook-da paylaş