• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib


9-12 aprel 2019-cu il tarixlərdə Qazax rayon Gənclər və İdman İdarəsinin cari ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən 13-14 yaşlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda 18 məktəb komandasından 180 nəfər futbolçu iştirak edib.

Yarışın yekununa əsasən A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin komandası I yeri, A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası II yeri, İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Qalib komanda kubokla, I,II,III yerləri tutan komandalar isə Qazax rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.














GOYEZEN.AZ



Facebook-da paylaş