Qazaxlı güləşçilər növbəti qələbə qazanıb
İdman sahəsində qazanılar uğur və nailiyyətlərdə qazaxlı idmançıların da payı az deyildir. Hər zaman güləş məktəbinin beşiyi kimi tanınan Qazax rayonu qazanılan uğurlara öz töhfələrini verib.
15-20 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Hərbiçilər arasında sərbəst və Yunan-Roma güləşi üzrə keçirilən Dünya çempionatında qazaxlı güləşçilər də iştirak edib.
Həmin yarışda rayonumuzu Qazax güləş məktəbinin yetirmələrindən olan Əliyev Həsən İltifat oğlu (77 kq) Yunan-Roma güləşi üzrə I yeri, Əliyev Kənan Ayaz oğlu (86 kq) isə sərbəst güləş üzrə II yeri qazanmaqla təmsil edib.
Facebook-da paylaş