Əsas Səhifə > İdman > Qazaxlı güləşçilər növbəti qələbə qazanıb

Qazaxlı güləşçilər növbəti qələbə qazanıb


25-05-2018, 11:00
Qazaxlı güləşçilər növbəti qələbə qazanıb
Respublikamızda daim diqqət və qayğı göstərilən sahələrdən biri də idman sahəsidir. Respublika Prezidenti İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən qayğının nəticəsidir ki, onlar istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda daha böyük qələbələr qazanaraq əldə edilən uğurların sayını gündən-günə artırırlar.

İdman sahəsində qazanılar uğur və nailiyyətlərdə qazaxlı idmançıların da payı az deyildir. Hər zaman güləş məktəbinin beşiyi kimi tanınan Qazax rayonu qazanılan uğurlara öz töhfələrini verib.

15-20 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Hərbiçilər arasında sərbəst və Yunan-Roma güləşi üzrə keçirilən Dünya çempionatında qazaxlı güləşçilər də iştirak edib.

Həmin yarışda rayonumuzu Qazax güləş məktəbinin yetirmələrindən olan Əliyev Həsən İltifat oğlu (77 kq) Yunan-Roma güləşi üzrə I yeri, Əliyev Kənan Ayaz oğlu (86 kq) isə sərbəst güləş üzrə II yeri qazanmaqla təmsil edib.

Qazaxlı güləşçilər növbəti qələbə qazanıb
GOYEZEN.AZ


Geri qayıt