• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı həndbolçuların növbəti uğuru

Qazaxlı həndbolçuların növbəti uğuru
6-11 aprel tarixlərində İsmayıllı rayonunda İdman Məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan Həndbol üzrə final yarışları keçirilib.

2004-2005-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Qazax komandası ilə yanaşı, Bakı, Gəncə, Mingəçevir, İsmayıllı, Şirvan, Göygöl və Saatlı idmançıları da mübarizə aparıblar.

Yarışda rayonumuzu məşqçi-müəllim Valeh Namazovun rəhbərliyi altında Olimpiya İdman Kompleksinin həndbol bölməsinin yetirmələri təmsil ediblər.

Finalda Qazax həndbolçuları Şirvan həndbolçularına 22-9 hesabı ilə üstün gələrək yarışın qalibi olublar.

Qazaxlı həndbolçuların növbəti uğuru
GOYEZEN.AZ


Facebook-da paylaş