• Təqvim

  • Maraq



"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışında qrup mərhələsi başa çatıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışında qrup mərhələsi başa çatıb.

Qazax Gənclər Evində keçirilən intellektual turnirdə son olaraq "D" qrupunda qərarlaşan 8 komanda mübarizəyə qoşulub. 40 gəncin iştirak etdiyi yarışda 20 sual səsləndirilib.

Nəticələrə əsasən, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin "Eskalibur", Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin "Griffindor" və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin "Anthropoid" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Ümumilikdə 12 komandanın intellektini sınayacağı yarımfinal mərhələsi 9 oktyabrda baş tutacaq. Final isə 10 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edir.



Facebook-da paylaş