"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışı davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışında ikinci oyun günü geridə qalıb.
Qazax Gənclər Evində keçirilən intellektual turnirdə "B" qrupunda qərarlaşan 9 komanda mübarizəyə qoşulub. 45 gəncin iştirak etdiyi yarışda 20 sual səsləndirilib.
Nəticələrə əsasən, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin "Aslanlar", Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin "Vilnus" və Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin "Zəfər" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Sabah intellektual turnirdə "C" qrupunda yer alan komandalar intellekt sınağına çıxacaq. 9 oktyabrda yarımfinal, 10 oktyabrda isə final mərhələsinin oyunları keçiriləcək.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edir.
Facebook-da paylaş