• Təqvim

  • Maraq



"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışı bu gün də davam edib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışında üçüncü oyun günü geridə qalıb. 

Qazax Gənclər Evində keçirilən intellektual turnirdə "C" qrupunda qərarlaşan 6 komanda mübarizəyə qoşulub. 30 gəncin iştirak etdiyi yarışda 20 sual səsləndirilib.

Nəticələrə əsasən, müstəqil "Likantropiya", Bakı Dövlət Universitetinin Qazax filialının "United Front" və Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin "Dəli Kür" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Sabah intellektual turnirdə "D" qrupunda yer alan komandalar intellekt sınağına çıxacaq. 9 oktyabrda yarımfinal, 10 oktyabrda isə final mərhələsinin oyunları keçiriləcək.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edir.



Facebook-da paylaş