• Təqvim

  • Maraq



Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş gənclərlə görüş keçirilib


Aprelin 17-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş gənclərlə görüş keçirilib.

Əvvəlcə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Eynur Məmmərzəyev açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən söz açıb. E.Məmmərzəyev qeyd edib ki, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyənin inkişafına, tibb elminə həsr etmiş, oftalmologiya elminin əsasını qoymuş, bu sahədə dünya səviyyəli tədqiqatları ilə xəstəliyin tam müalicəsi istiqamətində nailiyyətləri ilə dünya tibb elminə öz töhfəsini vermişdir. Eyni zamanda səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmiş, onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

Daha sonra müəssisənin fəal könüllüləri Aygün Məmmədova və Musa Musayev çıxış edərək Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində göstərdiyi xidmətlərdən, elmi tədqiqatları ilə milyonlarla insana işıq, nur bəxş edən görkəmli alimin dünyada və ölkəmizdə bir çox mütəxəssislərin yetişdirilməsində böyük rolundan, onun əsərlərinin bu gün də tibb işçilərinin stolüstü kitabı olmasından danışıblar.



Facebook-da paylaş