• Təqvim

  • Maraq



"Qızların təhsil almasının önəmi" mövzusunda tədbir keçirilib


Martın 30-da Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Qızların təhsil almasının önəmi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, gənclər iştirak ediblər.

Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən söz açıb. V.Hüseynov çıxışında diqqətə çatdırıb ki, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət göstərilir. Hər kəsin bundan bərabər şəkildə faydalanması və ölkəmizə layiqli bir vətəndaş kimi yetişməsi üçün geniş imkanlar yaradılır.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək qızların təhsil almasının önəmindən danışıblar. Bildiriblər ki, qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Qızların təhsilli olmasının vacibliyini vurğulayaraq Azərbaycan dövlətinin gender bərabərliyinin qorunmasında, qızların yüksək təhsil alaraq müxtəlif vəzifələrdə çalışmasında xüsusi plan və proqramlarının mahiyyətini diqqətə çatdırıblar.

Fəal gənclər Rahib Alıyev, Xəyal Şıxəliyev mövzu ətrafında çıxış edərək öz fikirlərini bölüşüblər.

Sonda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.



Facebook-da paylaş