• Təqvim

  • Maraq



Gənclər bu dəfə "Zəlzələ baş verən zaman nə etmək lazımdır?" mövzusunda fikir mübadiləsi aparıblar


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin “Müzakirə klubu”nda gənclər növbəti dəfə bir araya gələrək "Zəlzələ baş verən zaman nə etmək lazımdır?" mövzusunda fikir mübadiləsi aparıblar.

Fəaliyyət çərçivəsində ilk olaraq gənclər təbii fəlakət zamanı mübarizə metodları, zəlzələ zamanı davranış qaydaları, zəlzələnin gətirdiyi psixoloji sarsıntıların təsirləri və s. barəsində apardıqları araşdırmaları digər həmyaşıdları ilə bölüşüblər.

Daha sonra gənclər müzakirənin praktiki hissəsində qruplara bölünərək təqdimatlar hazırlayıblar.



Facebook-da paylaş