"Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir.
Bu dəfə mərkəzin fəal gəncləri Vüqar Mehtizadə və Gülayə Rüstəmova Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsi ilə bağlı hazırladıqları təqdimatı həmyaşıdları ilə bölüşüblər.
Təqdimatda ilaxır çərşənbə ilə bağlı aşağıdakı başlıqları əhatə edib:
- İlaxır çərşənbədə adət və ənənələrimizin təsviri;
- Milli adət və ənənələrimizin mənəvi dəyərlər sistemində rolu;
- Milli dəyərlərimizi, adət ənənələrimizi özündə yaşadan Novruz bayramı;
- Torpaq çərşənbəsində etməli olduğumuz adətlər.
Diskussiya şəraitində keçən fəaliyyətdə gənclərin mövzu ilə əlaqədar fikirləri dinlənilib.
Facebook-da paylaş