Su çərşənbəsində Qazaxın sərhəd kəndinə su çəkilib
Respublikamızda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir və bu proses davam etməkdədir. Bu istiqamətdə Qazax rayonunda da xeyli işlər görülmüşdür.
Bu gün Qazax rayonunun sərhəd kəndi olan Kəmərli kəndində içməli su xəttinin açılışı olub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən yeni su xəttinin çəkilməsindən danışıb, bu münasibətlə bütün kənd sakinlərini səmimi qəlbdən təbrik edərək ən xoş arzularını bildirib.
İcra Başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən danışaraq bu istiqamətdə Qazaxda da təqdirəlayiq işlərin görüldüyünü qeyd edib.
Bildirib ki, son 1 il 10 ay ərzində rayonumuzun Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərinə içməli su çəkilib. Rəcəb Babaşov Qazax rayonuna göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova öz dərin minnətdarlığını bildirib.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov tədbirdə çıxış edərək Ölkə Başçısının müvafiq Sərəncamına əsasən çəkilmiş yeni su xəttinin kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcəyini qeyd edib. Cəmiyyət tərəfindən 1950 p/m uzunluğunda çəkilmiş su xəttinin su çərşənbəsi ərəfəsində Kəmərli kəndinin sakinlərinə Novruz hədiyyəsi olduğunu bildirib.
Kənd sakinlərindən Rəhim Rəhimov, Minarə Rəhimova və başqaları çıxış edərək Novruz bayramı ərəfəsində su çəkilməsinə görə Ölkə Başçısı İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimində “Azərsu” ASC-də Birləşmiş Su-Kanal MMC-nin direktoru Ramin Sadıqov da iştirak edib.

Elçin İSMAYIL
Facebook-da paylaş