• Təqvim

  • Maraq



Məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib


Martın 13-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışda 10 komanda olmaqla, ümumilikdə 40 nəfər şagird mübarizə aparıb.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydalarını və şərtlərini şagirdlərə ətraflı şəkildə izah edib.

“Xarıbülbül” komandasının üzvləri Əhmədova Aylin Aqil qızı, Şəmilova Asiman Mütəlib qızı, Yusifova Röya Emil qızı, Eynalova Nabat Elçin qızı I yeri tutublar.  

“Zəfər” komandasının üzvləri Məmmədli Bahar Vüsal qızı, Musazadə Dünya Toğrul qızı, Yusifli Gözəl Ratiq qızı, Hacıidirisova Aysel Elşən qızı II yerə layiq görülüblər. 

“Dəmir yumruq” komandasının üzvləri Mustafayeva Aytac Anar qızı, Əhmədova Nazlı Vüqar qızı, Vəliyeva Nəzrin Cümşüd qızı, Həsənova Günel Vüqar qızı isə yaraışın üçüncüsü olublar. 

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda I yerə çıxmış komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerlərə çıxmış komandaların üzvlərinin hər birinə diplom təqdim edilib. Digər komandaların hər bir üzvünə isə sertifikat verilib.

Sonda isə şagirdlərə “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin xidmətlərindən bəhs edən bukletlər paylanılıb.



Facebook-da paylaş