"İxtisas Bələdçisi" adlı məlumatlandırıcı sessiyalar təşkil olunub
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə, eləcə də Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə "İxtisas Bələdçisi" adlı məlumatlandırıcı sessiyalar təşkil olunub.
Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Nərgiz Bayramova iştirakçılara aşağıdakı istiqamətlər üzrə ətraflı məlumat verib:
- İxtisas seçiminin hansı meyarlara əsasən edilməsi;
- Gələcəyin ixtisasları;
- Karyera planlaması üçün VİSA;
- Düzgün kodlaşdırma qaydaları;
- Prosesin psixoloji aspektləri;
- İxtisas qruplarına daxil olan əsas ixtisaslar, onların gələcək perspektivləri.
Gənclərlə gələcəyin ixtisasları, yiyələnmək istədikləri peşələr haqqında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırıb. Həmçinin "Alo Karyera" dəstək xidməti barədə danışılıb.
Seminarda, eyni zamanda Tələbə Təhsil Krediti Fondunun nümayəndəsi Emin Şeydayev təhsil tələbə kreditinə müraciət qaydaları, eləcə də seçim zamanı meyarlar haqqında iştirakçılara məlumat verib.
Qeyd edək ki, layihə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Facebook-da paylaş