"Diksiya Akademiyası" layihəsinə start verilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Diksiya Akademiyası" layihəsinə start verilib.
Layihə çərçivəsində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Göyəzən" kurslarının Azərbaycan dili və Ədəbiyyatı müəllimi Elvin Əskərovun "Azərbaycan dilinin düzgün təbliği" mövzusunda təqdimatı reallaşıb.
Təqdimat aşağıdakı başlıqları əhatə edib:
- Ədəbi dil anlayışı;
- Ədəbi dilin normaları;
- Gündəlik həyatda tez-tez qarşılaşdığımız qrammatik səhvlər;
- Fonetik normanın pozulması;
- Leksik normanın pozulması və s.
Diskussiya şəraitində keçən fəaliyyətdə gənclərin sualları cavablandırılıb.
Facebook-da paylaş