Əsas Səhifə > Gənclər > "Diksiya Akademiyası" layihəsinə start verilib
"Diksiya Akademiyası" layihəsinə start verilib19-02-2023, 10:16 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Diksiya Akademiyası" layihəsinə start verilib. Layihə çərçivəsində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Göyəzən" kurslarının Azərbaycan dili və Ədəbiyyatı müəllimi Elvin Əskərovun "Azərbaycan dilinin düzgün təbliği" mövzusunda təqdimatı reallaşıb. Təqdimat aşağıdakı başlıqları əhatə edib: - Ədəbi dil anlayışı; - Ədəbi dilin normaları; - Gündəlik həyatda tez-tez qarşılaşdığımız qrammatik səhvlər; - Fonetik normanın pozulması; - Leksik normanın pozulması və s. Diskussiya şəraitində keçən fəaliyyətdə gənclərin sualları cavablandırılıb.
Geri qayıt |