• Təqvim

  • Unutma

  • Maraq



"Mən güclüyəm, dəyərliyəm, qadınam!" layihəsinin ikinci təlimi baş tutub


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsi çərçivəsində ictimai fəal gənc Pəri İbrahimovanın qalib olduğu "Mən güclüyəm, dəyərliyəm, qadınam!" layihəsinin ikinci təlimi baş tutub.

Təlim zamanı təlimçi Vəfa Rüstəm layihəyə seçilmiş 20 gənc xanıma davranışa nəzarət, beyin və travma, məişət zorakılığı ilə bağlı anlayışları ötürüb, iştirakçı qızların gündəlik, şəxsi həyatlarında, o cümlədən peşə seçimlərində qarşılaşdıqları müxtəlif gender problemlərini müzakirə edib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qaranlıq qalan məqamlar müzakirə olunub.



Facebook-da paylaş